Çarəsiz-Zülfiyyə Xanbabayeva

Çarəsiz

专辑:Çarəsiz

时间:2016-03-28

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
猜你喜欢的歌曲
歌词

Xəyallarıma qonaq gələrkən yaşanmış anlar

İçim yanar, özlərəm səni

Yağar ürəyimə gözlərimdən qəmli leysanlar

Əvvəlkitək istərəm səni

Qəlbim qanadsız bir quşdur

Nə zamandır, ömrüm boşdur

Uzun illər ötsə də, gözlərəm səni

Çarəsiz (Çarəsiz)

Sənlə biz bu sevgisiz, tək, kimsəsiz

Üşüdük tənhalıqdan bax hər ikimiz

Eyni anda sən mənsiz və mən sənsiz

Özümüzdən xəbərsiz, biz çarəsiz

Çox aciz, bu sevgisiz, tək, kimsəsiz

Üşüdük tənhalıqdan bax hər ikimiz

Eyni anda sən mənsiz və mən sənsiz

Biz çarəsiz

Yaş ötər, soyuyar, keçər, ağrılar qalar arxada

Keçmişimdə gizlərəm səni

Bir-birimizin olmasaq da, fani dünyada

Göylərdən səslərəm səni

Sınmış duyğular daha coşmur

Nə zamandır, ömrüm boşdur

Uzun illər ötsə də, gözlərəm səni

Biz çarəsiz

Çox aciz, bu sevgisiz, tək, kimsəsiz

Üşüdük tənhalıqdan bax hər ikimiz

Eyni anda sən mənsiz və mən sənsiz

Özümüzdən xəbərsiz biz çarəsiz

Sənlə biz bu sevgisiz, kimsəsiz

Üşüdük tənhalıqdan hər ikimiz

Eyni anda sən mənsiz və mən sənsiz

Biz çarəsiz

展开显示全部歌词