“Olan oldu, keçdi” – deyib
Səni yenə bağışladım
Sevdim səni bircə kərə
Dönə-dönə bağışladım
Sevdim səni bircə kərə
Dönə-dönə bağışladım
Sən də mənsiz, mən də sənsiz
Bir kimsən yox səndən əziz
Bir yerdə and içdiyimiz
Aya, günə bağışladım
Bağışladım səni yenə
Bağışladım dönə-dönə
Səni tanrı verən günə
Sevən günə bağışladım
Səni tanrı verən günə
Sevən günə bağışladım
Bu dünyada onu bil ki
Sən eşqimin sonu, ilki
Səndən başqa kimim var ki?
Səni sənə bağışladım
Səndən başqa kimim var ki?
Səni sənə bağışladım
Sən də mənsiz, mən də sənsiz
Bir kimsən yox səndən əziz
Bir yerdə and içdiyimiz
Aya-günə bağışladım
Bağışladım səni yenə
Bağışladım dönə-dönə
Səni tanrı verən günə
Sevən günə bağışladım
Səni tanrı verən günə
Sevən günə bağışladım
Bağışladım səni yenə
Bağışladım dönə-dönə
Səni tanrı verən günə
Sevən günə bağışladım
Səni tanrı verən günə
Sevən günə bağışladım