Pandora-Pranga

Pandora

歌手:Pranga

专辑:Qırmızı

时间:2024-10-02

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Bu mahnını sənə qara zirzəmilərdən yazıram

Yelkənsiz gəmilərdən yazıram

Tənhalıq tək Allaha məxsusdur

Deyənlərə də gülürəm

İndi bilirsən, buralar çox dərindir

Ölürəm indi mən də bu yolda

Məndən əvvəl ölənlər kimi

Adi insanlara necə anladım axı bu sevgini?

Necə deyim axı, bu insultlara dözmək nədir

Gecələr qartal olub vətən səmaların da süzmək nədir

Onlar anlamaz məni, nəyə gərəkdir

Karlar ölkəsində bəstəkar, ya ölümlülər dünyasında laməkan?

Susmasan, dar ağacımda sallanar bədənin

Bura milyonçular ölkəsi, dilənçilər vətəni

Bura Bakıdır, buranı gələn sökür, gedən tikir

Bura köhnə qara daxmaların üstünə göydələn tikir

Gəl, kommunist, danışım sənə

Nələr verib rus bizə: 13, 28, 37, 92!

Bizi bağışla, HOST, bacarmadıq, yandıra bilmədik

Buranın fahişələri bədənini, məmurları ruhunu satır

’’Дубинка’’, repressiya, susmayanın başını batır

Buranın nefti"Neftçilər"-indən bahadır

Yanıram, ana!

Şəhidəm, bulaşıb hər yanıma qan

Bu xalqın uğrunda şəhid olmağa

Belə utanır adam

Çapan-çapdı, satan-satdı

Gedən yenə də torpaq oldu

Nə villadan şəhid çıxdı

Nə də ki vətən sağ oldu

Fəryad elə

Qara gecələr ruhlara fəryad elə

Yas saxla şəhidlərimə

Göz yaşınla yad elə

Canavarlıq ruhda

Ya da elə qanda olar

Məni də şeirlərimlə yad elə, Pandora

Ciyərlərim təngnəfəs

Qabar-qabar pəncələrim

Yayılırıq şəhərə, vəba, epidemiya, taun

Xasay Mayor, Xaqan Ruhi, Şubay Cavan, Tuncer Ali Ruhi

“Jupiter Shady Records”, ‘’Kadıköy underground’’

Ölüm necə də saçlarınla eyni dadır

Sol yanımda xatirələrinin meyiti yatır

Hər kəs atır sən öldün öləli, müharibələr, dayan

Mənəm bu ölkənin ən ağır şeriyyəti

Gələn vurur, gedən satır

Bilmirəm ki, nədən satır?

Aşağıdakılar bədən satır

Yuxarıdakılar vətən satır

Mən görmədim tək qalanda

Meydanda bunlardan

Artıq uduzmuşam ruhumu

Şeytanla qumarda

Hissiyyatsızam özümü təkliyə öyrədəndən

Çiyin-çiyinə savaşdığım hər kəs atıb gedəndən

Səndə kədərlərini qalın geyin, qış gəlir

Zaman ötdükcə can dostlarım eləcə tanış gəlir

Mənə belə öyrədiblər ki, gərək, yıxılsa, tez kişi dursun

Kişinin biləklərinə qandalı, gərək, elə kişi vursun

Yığışır süfrəmə qurdlar, soyuqdur çox bu tərəf

Qardaşım, bilirsən, çoxdur şərəf yoxsulu

Dostun dağıdıb postunu

Çoxusunu pozdum, kinimi qusdum

İtirirəm yavaş-yavaş əlimi, qolumu

Bu, ‘’lycanthropic’’ metamorfozdur

Çürüdüb döş qəfəsimi Tanrı

Nəfəsimi ciyərlərimə haram edir

Davam edir 37! Biz tərəfdə müharibə davam edir

Yanıram, ana!

Şəhidəm, bulaşıb hər yanıma qan

Bu xalqın uğrunda şəhid olmağa

Belə utanır adam

Çapan-çapdı, satan-satdı

Gedən yenə də torpaq oldu

Nə villadan şəhid çıxdı

Nə də ki vətən sağ oldu

Fəryad elə

Qara gecələr ruhlara fəryad elə

Yas saxla şəhidlərimə

Göz yaşınla yad elə

Canavarlıq ruhda

Ya da elə qanda olar

Məni də şeirlərimlə yad elə, Pandora

展开显示全部歌词