Qəfil Gedişin-Röya

Qəfil Gedişin

歌手:Röya

时间:2010-08-29

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
猜你喜欢的歌曲
歌词

Sən ümid çırağı olmuşdun mənə

Ayrıldın, o gündən söndü çırağım

Qayıtmaq eşqinə düşmüsən yenə

Daha xəzan olub məhəbbət bağım

İtib aramızda inam, etibar

Qayıdıb gəlməyin nə mənası var?

Özün də çox gözəl bilirsən bunu

Yalançı aşiqin bərk cəzası var

Qəfil gedişinlə yazı qış etdin

Yağdırdın başıma yağış, qar, dolu

Nə fəryad, nə haray, nə ah eşitdin

Bağladı qarşımı həsrətin yolu

Qəfil gedişinlə yazı qış etdin

Yağdırdın başıma yağış, qar, dolu

Nə fəryad, nə haray, nə ah eşitdin

Bağladı qarşımı həsrətin yolu

Qul oldum eşqinə, budurmu qismət?

Budurmu gözümdə yaş olan istək?

Sənə yar deməyə dilim dönməyir

Qayıtma, get, düşün, öz cəzanı çək

Həsrətin çəkməyə alışdı gözüm

Nə səndə insaf var, nə məndə dözüm

Artıq qayıtsan da, gecdir, əzizim

Qəlbimin yarasın bağlaram özüm

Qəfil gedişinlə yazı qış etdin

Yağdırdın başıma yağış, qar, dolu

Nə fəryad, nə haray, nə ah eşitdin

Bağladı qarşımı həsrətin yolu

Qəfil gedişinlə yazı qış etdin

Yağdırdın başıma yağış, qar, dolu

Nə fəryad, nə haray, nə ah eşitdin

Bağladı qarşımı həsrətin yolu

Qəfil gedişinlə yazı qış etdin

Yağdırdın başıma yağış, qar, dolu

Nə fəryad, nə haray, nə ah eşitdin

Bağladı qarşımı həsrətin yolu

展开显示全部歌词