Oluram hədəf mən,
Edə bilməzsən dəf
Mərmilər üstümdə — məhv
Görərik axır-əvvəl
Dünyadan uzağam, əlimdəsən
Yeah
Kimsən ki sən?
Dünyadan uzaqda bir mənzərə
Dayanmam, səslənərəm
Buludlar evim — orda gizlənərəm
Görürəm binaları
Saldıqca özümü məsafədən
İstəməsəm də hədərəm mən
Kin dolu gözlərdə kədərəm, yeah
Yeah
Deyiləm eyni mən
Deyiləm eyni nəğmə
Deyiləm eyni mən
De görüm — nədi səhv mənə?
Ağlımda qalan bu buz
Əlimi tutdu — zaman uduzur
Hisslərim istəkli, ruhsuz
Unutqanam mən, amma huşsuz yox
Elə bil dönür zaman
Elə bil vermir aman
Əlimdə hisslərim — gəl, bir apar
Qəlbimdə zamanın izləri var
Sən də çalış, fərqinə var
Qazandım hər gün — bu deyil qumar