Epilepsia-Pranga

Epilepsia

歌手:Pranga

专辑:Qırmızı

时间:2024-10-02

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Bir yolçuyam mən, bütlərin Allah olduğu

Şəhərdən gəlib Allahın şəhərinə gedirəm

Arxamca atılan daşları yığıb boğçama

Çarığımın dəydiyi hər yerdə ruhu gəzir şəhidlərin

‘’Doğudan batıya’’, quzeydən güneyə

Şəhriyarın məzarında ağlamağa gedirəm

Məni də anlamadılar onun kimi

Anlamadılar Nəsimi ilə qəzəl, Xəyyamla mey kimi

Böldülər bizi Müşfiqlə Dilbər, Şəhriyarla quzey kimi

Ey məqamı var ilə yoxun üstündə olan

Məni də al yanına

Bu torpağın ehtiyacı var şəhid qanına

Məni də al yanına

Ovuc qabar, ciyər təşnə, doludur qanlı leşlə cığır

Gecələri dolunayda nalə harayım ərşə çıxır

Bir az rahatlaşardım, getsə kədər solumdan

Qüdsə qədər yolum var

Reinkarnasiyada dirilib, ruha dönüb gəlmişəm

Mən Pranga, Cavidi gömüb gəlmişəm

Doldurub arabama leşləri, yığıb üst-üstə

Bizdə şəhid olurlar öləndə, olur leş sizdə

Tariximin batdı Günəşi imperiyalar kölgəsində

Mən oğrulara doğru deyənlərin ölkəsindənəm

Dirimə lənət oxuyan xalq ilham alacaq ölümdən

Boğdum bütün mərhəmətimi yarımadanın qan gölündə

Viran edər, talan edər, durmadan meyit tıxar

Vətən o zaman sağ olar ki, villadan şəhid çıxar

Yeyib, yatıb satırıq və kin gölündə boğuluruq

Düz demişdin, şair - bizlər şəhid doğuluruq

Səmazən batan Günəş nuru qürubdan gəlir

Buranın şəriəti kimi nəşəsi də cənubdan gəlir

Qarabağı çaqqal basıb, gənclərin səsi

Cəbhə yerinə bar və klubdan gəlir

Tüstü ciyəri külə çevirdikcə yanır xirtdəyim

Hər nəyi sərt olmasa da, ’’дубинка’’ları sərt dəyir

Şərt deyil ki, sərt ola vücudum, amma dönmərəm

Bələnsəm də qanıma, dönmərəm

Düz 6 il bağırdım, dedilər, ruhu xəstədir

Dəlidir, çünki vətən, millət, azadlıq istədi

Çarmıxa çək, dərimi soy, damğa basın gövdəmə

Getmərəm, əgər aparmasam sizi də özümlə cəhənnəmə

Bu yazarlar mahzəni, yıxa bilmədiniz Səmazəni

Bizlə Badu-Kubəyə bəla düşür, cəza gəlir

Qarın qardaşdan irəlidir, hasarı çək və arxı böl

Yatıb ölmə, qalxıb öl

Yandırın yatanları, Bakıdan Laçına od qalayın

Ramil demişdi, bir də tapdalasın, bir də baltalayım

Ölülər diriləndə dirilər dolduracaq məzarları

İnsanlar alçaldıqca qaldırırlar hasarları

Silkələyin bu ölkəni, oyandırın komadan

"Bomba qaqaş"-ların çoxusu öldü ‘’papilloma’’dan

Travmalarımı vərəqlər görüb, qadınlar da sağaltmır

Günümüz qaradır, qara günü sevgi belə ağartmır

Ənəlhəqq, gəlin, eşin, dəlin, deşin vücudumu

İzin verməyin, pozum yatanların sükutunu

Öldürün, asın, yandırın, edam edin

Misralarımı qan gölü, qanımı ümman edin

Mən Azadlıq meydanıyam, mən Gəncə batalyonu

Sonum dar ağacıdır, sinəmdə işgəncə medalyonu

Əhməd Cavadam, iki qolu zəncir, dizi kəndir

Meşəmizə girən baltanın sapı özümüzdəndir

Hər nə olursan, ol, gəl, qəti çəkinmə, yaxın dur

Səs ver sən də səsimizə, bu, 3-cü axındır

Əlləri qaldır və qır, parçala məftilləri

Səmazən Çağdaş Şairlər İttifaqı, inqilabımız yaxındır

展开显示全部歌词