Cavanlıq Sehvi 2-NEYRO

Cavanlıq Sehvi 2

歌手:NEYRO

时间:2026-05-01

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

İlk dəfə qarşıma çıxdın sən

Sevirəm söylədim bilmədən

Indi sənə deyirəm bağışla

Sən demə heç sevməmişəm mən

Sən idin ümidim, pənahım mənim

Özgəyə yox idi tamahım mənim

Sənin bircə səhvinin ucbatından

Rəzil oldum, nədir günahım mənim

Mən ki, bitdi dedim açıq- aydın

Saymayan bir insanı saydın

Bu ayrılıq üzübdür səni

Sən gərək məni unudaydın

Sən elə bilirsən ki, unutmaq asandı səni

Mən belə düşünürəm ki, unutmaz sevən sevəni

Ölüncə bir qərarım var, başımın tacı sənsən

Nə qədər əzab verib, tari-mar etsəndə məni

Bu nə bəladı düşmüşük Allah

Biz nökərik, kədər bizə şad

Bizləri çaşdırdı cavanlıq

Indi hər ikimiz cəkirik ah

Məni bağışla, incimə məndən

Yar ola bilməz mənə səndən

Indi özün söylə, neyləyək

Sən üzülürsən günü gündən

Ağartmısan saclarımın qarəsin

Aparmısan ürəyimin parəsin

Sən məni elə bir dərdə salmısan

Özümdə bilmirəm onun çarəsin

Bu məndə bir keçmiş həvəsdi

Sənin danışmağın əbəsdi

Mən çıxıb gedirəm əlvida

Tükəndi səbrim, daha bəsdi

Bu bənzəyir nağıla, biri yox imiş, biri var imiş

Biri aşiq sayılırmış, biri isə yar imiş

Bir gün ol yarə mənə öz aşiqini tərk eləmiş

O mələk sandığı insan nə qədər qəddar imiş

展开显示全部歌词