Sənsiz, dünyam sənsiz
Nə qaranlıq, nə zülmət
Sənsiz, ömür sənsiz
Bir cəhənnəm, bir töhmət
Sənsiz, evim sənsiz
Viran qalmış bir komadır
Sənsiz, mənim sənsiz
Halım yamandır
Arzularım qulaq asmır sözümə
Xəyallar qururam özüm-özümə
Səndən başqa kimsə gəlməz gözümə
Gözlərim dikilib yalnız izinə
Göz yaşım sel oldu, qayıt, nə olar
Gölləndi, göl oldu, qayıt, nə olar
Günlərim il oldu, qəlb güllərim soldu
Xatirələrim dondu, qayıt, nə olar
Ah, sənli günlərim olaydı
Ah, sənli günlərim olaydı
Həyatım mənim, taleyim mənim
Ümidim mənin
Sənsiz, ömür sənsiz
Nə qaranlıq, nə zülmət
Ömür sənsiz
Bir cəhənnəm, bir töhmət
Sənsiz, evim sənsiz
Viran qalmış bir komadır
Sənsiz, mənim sənsiz
Halım yamandır
Ağlamaqdan kor olubdur gözlərim
Taqətdən düşübdür, vallah, dizlərim
İndi sənə çatmır, çatmır sözlərim
İtib gözlərimdən artıq izlərin
Göz yaşım sel oldu, qayıt, nə olar
Gölləndi, göl oldu, qayıt, nə olar
Günlərim il oldu, qəlb güllərim soldu
Xatirələrim dondu, qayıt, nə olar
Ah, sənli günlərim olaydı
Ah, sənli günlərim olaydı
Həyatım mənim, taleyim mənim
Ümidim mənin