Şərab-Miri Yusif

Şərab

歌手:Miri Yusif

专辑:Şərab

时间:2023-06-02

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
猜你喜欢的歌曲
歌词

Sənsiz ürəyi yola gətirmişəm

Sanki lazımsız əşya itirmişəm

Sual idin, mənim üçün nöqtəsən!

Mən hər şeyi bitirmişəm

Mən yola davam, sənin yolun açıq

Nə məni ara, nə də qarşıma çıx

Günəşi söküb, asmışam Ayı

Gecəyə bulaşıb qəlbimin harayı

Alışan hisslərdən yandırmışam ocaq

O da yorulacaq, sönüb kül olacaq

Mələklər günah yazıb, sən demə

Qarışıb saçına, düşüb çiynimə

Bumbuz ürəyinə göz yaşlarım şərab

Ömrümü yedin, ödəmədin hesab

Xəyallarına qürurum hasar

Suallarına baxışlarım cavab!

Mən öz taleyimlə tutub əl-ələ

Bu ömür yolunu gedirəm hələ

Səni yaxşı əvəz edir tənhalıq

Bu bir yazı, bu bir tələb

Daha bu ürəyi ovutmaq çətin

Gedişim əbədi, qayıtmaq çətin

Məni çağırır göyə göy üzü

Hər bulud bir yanan eşqin tüstüsü

Alışan hisslərdən yandırmışam ocaq

O da yorulacaq, sönüb kül olacaq

Mələklər günah yazıb, sən demə

Qarışıb saçına, düşüb çiynimə

Bumbuz ürəyinə göz yaşlarım şərab

Ömrümü yedin, ödəmədin hesab

Xəyallarına qürurum hasar

Suallarına baxışlarım cavab!

展开显示全部歌词