Connect (Explicit)-Tibu

Connect (Explicit)

歌手:Tibu

时间:2019-01-18

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Mən yazanda yazıram həqiqətdən

Həqiqət də seçilmir təriqətdən

Təriqətim səliqə düzür hərəkətdən

Mənə tərəf nəsə gəlirdi diqqətlə

Yaxşılar da edir oğraş hərəkətlər

Çörək dizlərindədir, bərəkət də

Hərəkətdən bərk, Tibu meydana gəlir

Düzlənin hamınız, qalın fərəqətdə

Əcəb vilayətdir, rədif bükürəm

Əcəl itaət edir, hərif sökürəm

Gecə bədahət gələndə hirs tökürəm

Təkcə ibadət edəndə diz çökürəm

Bu yaşam aparır tək hüzürə

Baş daşa öyrəşib, bədən dözümə

“Bu meydan, bu da şeytan” demişəm

Bu meydanda şeytan özüməm

Bu hələ heç nə, var hələ bonuslarım

Bu mənim “mic” önündə elədiyim fokuslarım

Elə bil koks dadır dəli paradokslarım

Tibu vercinə almır heç bir “popstar”ı

Uzadılan əllərə verib yardım

Hələ 10 il… Olacaq 10 il ardı

Oynadırıq beyin kapilyarını

Bax, bu işdə “толпа”mız populyardır

Bacarın, çəkilin önümüzdən

Gedirik baxaraq önümüzə

Görsənir ölülər gözümüzə bizim

Gözə almışıq biz ölümü də

Əfəl bir nəfər

Dəyişir özünü hər dəfə

Hər səfər boyun əyirsiniz

Göz yumursunuz hər səhvə

De… Düzünü de

Özünü tutub və üzünə de

Danışığın axır sel kimi

Divara yazılan “мел” kimi

Sənətiniz də pozdandır

Ayağa batan tozdandır

And iç, sonra poz andı

Kürəyə zərbə dostdandır

Havada var hip-hop, köhnə məktəb ətri

Buraxdığım yaşıl tüstü mənə tək təb gətirir

Qarşı çıxanları hüzuruma tək-tək gətirin

Hərəsinə bir-iki tüstü verib qətlə yetirim

Hamını bir-bir qova-qova

Sətirlər çıxıb ova

Hədəfdə siz, mən Kazanova

Mafonda bir az da xod ver Xoff-a

Trek bitdi? Et repeat

Biz “trip” tuturuq, siz “tripit”

Qalmadı Youtube-da “free beat”

Qafiyəm sənə kredit

MC-lər axtarır investor

Söz güllədir, qələm “Winchester”

Çıx duelə, bax hələ kim tez vurur

Çalacaq son marşını orkestr

Al Apar

Sözlərim səni tapar

Üstünə cumar, qapar

Al, bu da üstünə qapaq

Yenə mənə qələminin qüvvətinin primitiv

Sürətini göstər hər tipin

Səndə baş gedib…

Başın kimi boşdur cibin

Sənin ömrün bitir bir kəlməlik

Mənim bir günüm ayrı bir gündəlik

Sənin yaşayışın Hüseynin “vine”i kimi

Var, amma deyil gülməli

Dəlidir Buzz (Dəlidir Buzz)

Səpirdi duz (Səpirdi duz)

Hərçənd bu həyat xərçəng

Bir o qədər xərc çək, bir anda da xərclə

Xətt çək!

Öncə həcmini ölçək sətrinin

Çökək mənanın gerçək sətrini

(Məncə) Mənə bağışlamaq sərf edir

Amma bağışlamıram heç kimin səhvini

展开显示全部歌词