Leytenant-Pranga

Leytenant

歌手:Pranga

专辑:Leytenant

时间:2023-11-13

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Barıt qoxulu o yollar, o yollar

Səni bəs nə vaxt qaytarar, qaytarar?

Səndən təsəlli bir zabit mundiri

Bir cüt ulduzlu, aylı poqonlar

Səndən təsəlli bir zabit mundiri

Bir cüt ulduzlu, aylı poqonlar

Hay ver mənə, cənab leytenant

Hay ver mənə, leytenant

Xoş müjdəli bir savaşdan

Pay ver mənə, leytenant

Hay ver mənə, cənab leytenant

Hay ver mənə, leytenant, leytenant

Xoş müjdəli bir savaşdan

Pay ver mənə, leytenant

Soyuq noyabr, Buzovna, axşamüstü, dəniz qırağı

Uzaqda Nargin - Xəzərin gözoxşayan çırağı

Əsir külək, dənizin üstün ahəstə gəzir külək

Sanki nazlı bir qadın tellərinə çəkir darağı

Ləpələnir dəniz, çırpır özünü qayalara

Mavi sular uzaqlarda üfüqlərlə birləşib

Səliqəli köhnə mundir, ay-ulduzlu boz poqon

Tənha bir skamyada qoca bir adam əyləşir

Qoca fikirləşir, qara qaşlar çatılır

Sinəsinin ortasında daş, soyuq baxışlarında buz

Dizində güllə yarası, qulaqda mərmi səsi

Çiynində ömrünü qurban verdiyi səkkizguşəli ulduz

Canlanır bir ömrün ötən fraqmentləri

Sanki zaman yaddaşında qarışdırır lentləri

Xatirələr axır dənizə və qoca leytenant son dəfə

Yorğun baxışlarla baxır dənizə

Hay ver mənə, cənab leytenant

Hay ver mənə, leytenant, leytenant

Xoş müjdəli bir savaşdan

Pay ver mənə, leytenant

Hay ver mənə, cənab leytenant

Hay ver mənə, leytenant, leytenant

Xoş müjdəli bir savaşdan

Pay ver mənə, leytenant

Qoca yenə xatırlayır, il 1992

Zirehli VAZ meyitləri arxasınca çəkir

Yenə Şuşanın cığırları, darmadağın qatar yolu

Köhnə haman, tam təchizatlı Gəncə batalyonu

Dörd tərəfdə bağırtılar, raket cırır pərdələri

BTR, PK, qanlı mina qəlpələri

Panika ilə bəslənən xaos və qruplaşmalar

Və müharibənin qara tərəfi, qara maskalı yaşmalar

Arxadan Çingizin səsi, üstündə dostunun qanı

Çiynində kamera, dodağında ‘’без фильтр’’ Astra yanır

Monastıra sarı ağır-ağır çıxır bölük, hava da ağır

Uzaqdan güllə səsi, parçalanan diz qapağı

Hərbi hospital, ən ağır gecələr, morfin, iynələr

Hələ də ara-sıra burnuna həmin ’’морг’’un iyi gələr

Bəzən alınmır unutmaq, qoca leytenant bilir bunu

Medallar unutdurmur heç vaxt qırılan qürurunu

Amma bu gün rahatdır ruhu, rahat qəlbi, azalıb dərdi

Bu gün səhər əsgər oğlu, gözünün nuru müjdəni verdi

Qısa telefon danışığı, bədəni bir an gəldi cuşa

"Ata, almışıq Şuşanı, bizimdir Şuşa!"

Leytenant elə bil dirildi təzədən

Geyindi mundirini, taxdı medallarını, çıxdı şəhərə

Qalxdı dağüstü parka, baxdı məzarlara, üzündə təbəssüm pıçıldadı:

"Rahat yatın, bayramdır bu gün"

Hay ver mənə, cənab leytenant

Hay ver mənə, leytenant, leytenant

Xoş müjdəli bir savaşdan

Pay ver mənə, leytenant

Hay ver mənə, cənab leytenant

Hay ver mənə, leytenant, leytenant

Xoş müjdəli bir savaşdan

Pay ver mənə, leytenant

Hay ver mənə, cənab leytenant

Hay ver mənə, leytenant, leytenant

Xoş müjdəli bir savaşdan

Pay ver mənə, leytenant

Hay ver mənə, cənab leytenant

Hay ver mənə, leytenant, leytenant

Xoş müjdəli bir savaşdan

Pay ver mənə, leytenant

展开显示全部歌词