Ölsəm... Bağışla-Pranga

Ölsəm... Bağışla

歌手:Pranga

时间:2023-11-13

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Ey baharın elçisi, Turan ellərin qızı

Ayırdı əllər bizi, qocaltdı illər bizi

Məsafələr qurban elədi zamana qara tellərimizi

Saçların bahar küləyi, nəfəsin yazdır sənin

Barmağı mizrab, şanələrin sazdır sənin

Dərdin dərya, səadətin azdır sənin

Cavid özlədi, Pranga yazdı səni

Yenə yazdı doldurub qələmi xatirələrlə

Acı sözlərim dəyərdi xətrinə hərdən

Sənsə gülüb keçərdin

İndi elə ağrıdır ki özləmin, görən, ölsəm, keçərmi?

Zülfü qızıl-sarı qadın

Şəhriyarın qəzəli, Müşfiqin tarı qadın

Yarı mələk, yarı qadın

Mənə gedənlərin yadigarı qadın

Unudacaqsanmı məni, bağlanacaqmı yaralar?

Ömürdən bahar keçər, xatirələr saralar

Qış qonaq gələr, qapını şaxta kəsər

Sənin o qızıl hörüklərin ağ qar olar

Mən kimə yar olaram, sənə kim yar olar?

Küçələr mənə düşmən, bu şəhər mənə dar olar

Qoparar məni səndən gedən o son qatar

Bu nəğmələr sənə məndən yadigar qalar

Gələ bilmədim, müharibələr bitmədi

Mən də başqaları kimi silahı atıb getmədim

Gedə bilməzdim, öldürərdi vətən dərdi

Qaçıb gəlsəm, anam südünü haram edərdi

Burada yağış dayanmır, küləklər bərkdir

Hamı təkdir, ölüm gecələr əl çəkmir

Səni heç unutmadım, bilirsən?

Hələ də mundirimin sol cibindədir şəklin

Əlvida, cavanlığımı kirpiyindən asan qadın

Bulud gözlərindən ağladıqca yağır yağışlar

Bağışla, sənə məktub yaza bilmədim

Yazmadım - ‘’Ölsəm, bağışla’’

Eşitdim, evlənmisən, məni niyə gözləmədin?

Vağzalı çalınanda gözün məni axtarmadımı?

Niyə məktub yazmadın, niyə bir söz demədin?

Bir əsgər şəhid oldu o gün gedəndə qadını

Səni məndən aldı bu şəhər

Məni haldan saldı gecələr

İndi qardır Bakı, qardır küçələr

Dardır keçələr

Nə səndən keçə bildim, nə vətəndən

Örtüb əlini qırışlar

Nə gələnlər qaldı, nə gəldi-gedənlər

Ölsəm bağışla...

Mənimlə gəl, sənsiz şəhər

Bu qədər boş olmasaydı

Görəsən, yağarmıydı köhnə yağışlar

Qırılan çətirlərin üstünə?

Axı məndən küsməzdin sən

Nədən getdin axı canımdan

Başqa əllərmi isti gəldi saçlarına?

Ya başqa evlərmi ovutdu könlünü

Ya başqa şəhərmi?

Mənimlə gəl, sənsiz şəhər

Bu qədər boş olmasaydı

Görəsən, yağarmıydı köhnə yağışlar

Qırılan çətirlərin üstünə?

Axı məndən küsməzdin sən

Nədən getdin axı canımdan

Başqa əllərmi isti gəldi saçlarına?

Ya başqa evlərmi ovutdu könlünü

Ya başqa şəhərmi?

展开显示全部歌词