Nargin-Pranga

Nargin

歌手:Pranga

专辑:Nargin

时间:2023-11-13

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Yazdım adını divarlara

Dağ basıram xəyallara

Yazdım adını divarlara

Dağ basıram xəyallara

Gedirəm özgə diyarlara

Əlvida

Gedirəm özgə diyarlara

Əlvida

İndi sən də gedirsən

Aramla islanır köhnə vaqonlar

Əvəz eləməyəcək parfümünü bahalı flakonlar

Köhnə ‘’cello’’, portsiqarlı tozlu fortepiano

Qrammofonda loren, altıncı sonata ‘’Ti Amo’’

Tanrı Jan Pyer Jöne, səni ecazkar ‘’Amelie’’

Dəyişərdi gözlərin mavi-yaşıl ‘’chameleon’’

Aç tökülsün yenə sinəmə sarı tellərin

Xəfif makiyajın, portfeldə Müşfiqin şeirləri

Məni gözəl xatırla, yenə o bağ olaydı

Yenə də bahar gələydi, kaş yenə sən sağ olaydın

Dolaydım saçın kimi qıvrılan dalğalara

Mənsə getməliydim qoşulub qara qarğalara

İndi məni də apar, Xəzər, məni apar özünlə

Ruhu çıxar bədənimdən, məni də qopar özümdən

Qoy gəmilər kimi ləpələrində düşüm çovğuna

Qayalarında adını yazdığım qızın indi bir oğlu var

Şeirlərimi gizləyərsən

Yollarımı gözləyərsən

Dönməsəm də, özləyərsən

Əlvida

Dönməsəm də, özləyərsən

Əlvida

Ağlama, Ay parçası, ağlama, nə olar

Hər kəsi soluna gömən mən bir səni basdırammadım

Mən səni bir ömürə belə sığdıra bilməsəm də

Sən mənə bir gecədə ‘’Yağış Qadın’’ı yazdıran qadın

Qanadlarıma sığal çək, özləmişəm, səsli bağır

Daha Bakının küləkləri əvvəlkitək əsmir ağır

Sən məni heç sevmədin, məni Tanrı belə sevməmişdi

Özünü sevməyən bir adamı Tanrı nə cür sevsin axı?

Nəfəsim təngidikcə məhv oluram, ovuclarıma tər bələnir

Parçalayır köksümü tənhalığın qəlpələri

Gəl, yenə yanaqlarımı sığallasın saçın

Qərənfillər əkdiyim torpaqda böyüdü dar ağacın

Sən ölmədin, evin mənəm, sol yanımda qalırsan

Mən də gedirəm indi xəyallarımı burada gömüb

Sən gecələr boz Ay kimi yoluma işıq salırsan

Ulayıram hər gecələr ruhum aman qurda dönüb

Davam edərik sən də, mən də yarım qalan hekayəmizdə

Heç olmamış kimi basdırarıq qəlbimizdə ən dərində

Əllərində qırışlarla gələrsən görüşümə

Sənin yanında oğlun, mənim içimdə döyüşlər

Bir yağış yağar o gün, müjganına şeh düşər

Daş üstündə gül bitər, gecə Günəşlə Ay görüşər

Palçıq adam yağış qadını görər yenə

Elə bu xəyalla ömür sürən mən qara gün ax demişəm, vay demişəm

Gedirəm özgə diyarlara

Əlvida

Dönməsəm də, özləyərsən

Əlvida

展开显示全部歌词