Məhəllə...
Bir məhlə vardı kəndimizdə
Çox gözəl məhləydi bizdə
Camaatı tamam bir başqa idi o məhlənin
Gərək siz görərdiz həmin səhnəni
O məhlənin uşağı idim mən də
İndi hərdən gedəndə kəndə
Düşür yadıma ötən günlərim, illərim
Xatirələr gəlir, dolur gözlərim
O məhlənin yeri başqaydı
O məhlənin sözü başdaydı
O vaxt zəmanə də başqaydı
Böyüklərin yeri başdaydı
Ey, o məhlənin yeri başqaydı
O məhlənin sözü başdaydı
O vaxt zəmanə də başqaydı
Böyüklərin yeri başdaydı
İlk sevgim o məhləylə bağlı
Həm gözəl idi, həm maraqlı
Həm də o vaxt sevgi saf olardı fikirlərdə
Əsl sevgi daha qaldı o illərdə
Kaş həmən günlərə dönsəydim
Köhnə məhləmizi də görsəydim
Həmənki qalanlar, həmən o köhnə adamlar
Sadə, mənalı fikirdə qalanlar
O məhlənin yeri başqaydı
O məhlənin sözü başdaydı
O vaxt zəmanə də başqaydı
Böyüklərin yeri başdaydı
Ey, o məhlənin yeri başqaydı
O məhlənin sözü başdaydı
O vaxt zəmanə də başqaydı
Böyüklərin yeri başdaydı
O məhlənin özü başqaydı
O məhlənin sözü başdaydı
O vaxt zəmanə də başqaydı
Böyüklərin yeri başdaydı
O məhlənin yeri başqaydı
O məhlənin sözü başdaydı
O vaxt zəmanə də başqaydı
Ey, böyüklərin yeri başdaydı
(O məhlənin yeri başqaydı)
(Başqaydı...)