Yadıma Düşürsən-Pranga

Yadıma Düşürsən

歌手:Pranga

时间:2024-01-27

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Yadıma düşürsən, illər keçsə də

Aramıza başqa adamlar girsə də

Ayırsa da bizi həyat başqa şəhərlərdə

Yadıma düşürsən hərdən

Qocaltsa da bizi həyat başqa şəhərlərdə

Yadıma düşürsən, hər dəfə

Biletimin üstünə Bakı yazılanda

Səsim azalanda, adam az olanda

Yenə sən yadıma düşürsən

Hər dəfə həyatım dağılanda

Gecə kabuslardan oyanıb bağıranda

Başıma gəlir ağıl onda

Yadıma düşürsən, islanır magistrallar

Heç kəsə demirəm amma

Necə yadıma düşürsən, bilir bir Allah

Köhnə bir mahnıda, eləcə bir anda

Yadıma düşürsən, deyib-güləndə yalandan

Yadıma düşürsən ağrını hiss edəndə

Sol tərəfimdə, düz buramda

Yollar yoranda, dostlarım üzümə duranda

Yadıma düşürsən, vurmağı öyrətdiklərim

Qayıdıb kürəyimdən məni də vuranda

Köhnə bir mahnıda, eləcə bir anda

Yadıma düşürsən, köhnə Bakı kimi

Hər şeyin ən gözəl olduğu vaxtlardan

Prospektdən və portofinodan

Köhnə uşaqlardan neçəmiz yaşayır uzaqlarda

Uzaqda doğma ocaqlardan

Neçəmiz Bakıda, neçəmiz can alıb

Can verir cəbhədə dağlarda

Yadıma düşürsən

Xatirən qapımı döyür hərdən

Yoxluğun gözümdə duman, pəncərəmdə pərdə

Ayırır məni mənzərəmdən

Baxanda bu dənizə hərdən

Sən demə, elə həyat özü baxıb

Gözləmək imiş səni pəncərəmdən

Yadıma düşürsən

Sürüdən ayrı düşən canavaram indi

Boğuluram okeanlarda

Bilmirsən, amma buralar dərindir

Pranga dəmirdir, Pranga keçər hər şeydən

Sol tərəfində daş var onun

Səndən sonra daşdır solu

İllər keçsə də

Aramıza başqa adamlar girsə də

Ayırsa da bizi həyat başqa şəhərlərdə

Yadıma düşürsən hərdən

Qocaltsa da bizi həyat başqa şəhərlərdə

Yadıma düşürsən, hər dəfə

Biletimin üstünə Bakı yazılanda

Səsim azalanda, adam az olanda

Yenə sən yadıma düşürsən

Hər dəfə həyatım dağılanda

Gecə kabuslardan oyanıb bağıranda

Başıma gəlir ağıl onda

展开显示全部歌词