Dost O Hemin Qiz Menim-Uzeyir Mehdizade

Dost O Hemin Qiz Menim

时间:2022-12-11

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
猜你喜欢的歌曲
歌词

Deyirdin ulduz sənin

Bahar sənin, yaz sənin

Talehini qaraltdı

Dost o həmin qız sənin

Nəqarət

Deyirdim ulduz mənim

Bahar mənim, yaz mənim

Talehimi qaraltdı

Dost o həmin qız mənim

Bircə bilərdin ona, mən necə bağlanmışam

Yeri gələndə o yarı, özümədə qısqanmışam

Ona necə inanırdım, etibar eyliyirdim

Birdə ayıldım ki, mən, sən demə aldanmışam

Nəqarət

Deyirdim ulduz mənim

Bahar mənim, yaz mənim

Talehimi qaraltdı

Dost o həmin qız mənim

Darıxanda yarıma, zəng edərdim hər zaman

Götürməzdi telefonu, hirslənərdim mən o an

Gizli mesaj yazardı, atam evdədir axı

Zəng edərəm birazdan, küsmə ay sənə qurban

Nəqarət

Deyirdim ulduz mənim

Bahar mənim, yaz mənim

Talehimi qaraltdı

Dost o həmin qız mənim

Özümdəndə çox onu, sevib əzizləyərdim

Geciksədə görüşümə, səbrlə gözləyərdim

Elə ki gəlib çıxardı, görəndə sevinərdim

Gedəndə kövrələrdim, yolların izləyərdim

Nəqarət

Deyirdim ulduz mənim

Bahar mənim, yaz mənim

Talehimi qaraltdı

Dost o həmin qız mənim

Görüşdən gəlib evə, otağa keçib gizlicə

Saatlarla zəng edib, danışardıq hər gecə

Gözəl keçən günlərim, silinmir yaddaşımdan

İndi de dostum mənə, onu unudum mən necə ?

Nəqarət

Deyirdim ulduz mənim

Bahar mənim, yaz mənim

Talehimi qaraltdı

Dost o həmin qız mənim

Deyirdin ulduz sənin

Bahar sənin, yaz sənin

Talehini qaraltdı

Dost o həmin qız sənin

展开显示全部歌词