Sevgi boşdu sevmə deyirlər mənə,
Axı mən nə edim ki, sevirəm onu.
Bu qəlbimin hakimi var bir dənə,
Axı mən nə edim ki, sevirəm onu.
Dəyişmərəm heç nəyə gül çöhrəsini,
Bu dünyada bir payı var hər kəsin.
O, yar mənim İlahidən payımdır,
Eşitməsəm ölərəm o yarın səsini.
Həyatımda izləri var yarımın,
Şirin şəkər sözləri var yarımın.
Hər ona baxdıqca məst oluram mən,
Qeyri adi gözləri var yarımın.
O adam dünyadır , nəfəsdir mənə,
Aşiqiyəm dəyərli kəsdir mənə.
Bu dünyada heçnə istəmirəm mən,
Onun şirin gülməyi bəsdir mənə.