İlk Və Son-Orkhan Zeynalli

İlk Və Son

专辑:Qravitasiya

时间:2016-05-15

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Səmadan ulduz axanda ilk dəfə arzu tutmaq

Qələmin pıçıltısını bəyaz kağıza qatmaq

Düşünmədən - sabah nə olacaq, daha kim gedəcək?

Görəsən mən qabağa getdikcə dala kim gedəcək?

İlk dəfə danışmaq həyatını tanımadığın birinə

Onsuz da tanıyanlar da başa düşmədən dinləyir

Tərbiyə etmək həqiqətdən qorumadığın dilini

İlk dəfə tərifləmək ətrafı bəlkə düşmənlər dinləyir

11-ci mərtəbədən dumanlı, bəyaz şəhər

İlk dəfə plan qurmaq - birdən açılmazsa səhər

Soyuqla mən dostam, bir günlük sən də dost ol

İlk dəfə yazdığım vərəqlərə çoxdan toz dolub

Bu gözlər hərdən boz olur hərdənsə öz rəngi

Əynimdəki bəyaz köynəyə yaraşır söz rəngi

Danışmaq istəyirəm səhərə qədər uzun cümlələrlə

Xoşbəxtlik 1 saatdır qapıda dayanıb vurur zəngi

İlk dəfə sevmək

Həyatdan bixəbər

Unudaraq hər şeyi

Uçuram ulduzlara

İlk dəfə sevmək

Həyatdan bixəbər

Unudaraq hər şeyi

Uçuram ulduzlara

Son dəfə qucaqlamaq sevgini sinədə boğana qədər

Gəzmək yağış altda son damla yağana qədər

Son dəfə qışqırmaq bütün şəhər eşitsin qoy

Durmadan səmaya baxmaq, ilk şimşək çaxana qədər

Son dəfə mahnı yazmaq, ilk dəfə şən notlarla

Hayat klassik bir musiqi - dəyişən notlarla

Son dəfə dərddən danışmayıb sevinək bəlkə?

Yaralar körpü yaradıb dost və yadlarla

Son dəfə yaratmaq ölməz daha bir neçə mahnı

Bir neçə söz ki, əbədi qalacaq sən getsən bir gün

Son dəfə doğmalara zəng edib sevgini etiraf etmək

İşığı söndür və səsimi dinlə gecə vaxtı

Son dəfə gülərüz olmaq şaxtalı illərdən sonra

Görəsən doğrudanmı ən güclülər güləcək sonda?

Hər gün yeni hadisələr hər gün yeni tanışlar

Küləyi buraxım otağa son dəfə əssin orda

Son dəfə bağışlamaq hər kəsi və göz yummaq

Hər kəsi dinləmək və hər kəsdən razı qalmaq

Dünyanın talehin bircə günlük düşünmədən

Səmadan ulduz axanda son dəfə arzu tutmaq

Son dəfə sevmək

Həyatdan bixəbər

Unudaraq hər şeyi

Uçuram ulduzlara

Son dəfə sevmək

Həyatdan bi xəbər

Unudaraq hər şeyi

Uçuram ulduzlara

展开显示全部歌词