Durnalar-Gülüstan Əliyeva

Durnalar

专辑:Durnalar

时间:2021-12-04

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
猜你喜欢的歌曲
歌词

Durnalar uçmazdı, bilin, bu vaxtı

Həzin nəğməsini oxuyur, keçir

Avazı bir naxış ilmələridir

Özü bildiyi tək toxuyur, keçir

Nəğmə qəmgin – qəmgin

Qərib – qəribdir

Qəlbimdə bir həsrət

Nəğməsi qalır

Nədən, Ulu Tanrım

Bu durnaların yolunu

Başımın üstündən salır?

Nə xəbər gətirib, aparır, Allah

Niyə vaxtsız uçur, görən, durnalar?

Deyəsən, bir az da kədərləndilər

Qanadın buluda gərən durnalar

Deyəsən, bir az da kədərləndilər

Qanadın buluda gərən durnalar

Doğma yurdlarından yoxdur xəbərin

Qəlbində bir həsrət, ağrı – acı var

Bu qərib könlümün nə vaxtdan bəri

Durna qatarına ehtiyacı var?

Göylərə səs salan bu hay, bu haray

Mənim də ruhumu göylərə çəkdi

Vaxtsız uçub gedən durna qatarı

Mənə bir xoş müjdə gətirəcəkdir

Nə xəbər gətirib, aparır, Allah

Niyə vaxtsız uçur, görən, durnalar?

Deyəsən, bir az da kədərləndilər

Qanadın buluda gərən durnalar

Deyəsən, bir az da kədərləndilər

Qanadın buluda gərən durnalar

Qanadın buluda gərən durnalar

Durnalar...

展开显示全部歌词