Niyə yarım qaldıq?
Yanımdaydın axı,
Mələklər həmişə sağındaydı,
Gecə sayıqlardım,
Adın adımdaydı,
Sənə görə hər qaranlığımda ayıq qaldım,
Mən geyindim sərt təbiət üstümə,
Çünki güldüyümdə məni çox üzdülər,
Sən də hər dəfə gəl üstümə,
Daha əks etdirmir də güzgülər,
Sənə gəldim,
Götür apar uzaqlara,
Qurtar bu bataqlıqlardan,
Səni unutmuşam sanma,
Gəl çıxar özünü ağlımdan,
Səndən başqasına ürəyim beton mənim,
Necə edə bilərəm xəyanət sənə hə?
İnan ki tərk edişin ağırlığı çox gəlir,
Eybi yox daşıyaram ama dönənə qədər,
Sən,
Dönmədin özləmədin məni dərd,
Doldu qədəhə içdim gecələri qəm,
Oldu nəğmələr boğazıma düyün,
Düşün, indi necəyəm düşün,
Niyə yarım qaldıq?
Yanımdaydın axı,
Mələklər həmişə sağındaydı,
Gecə sayıqlardım,
Adın adımdaydı,
Sənə görə hər qaranlığımda ayıq qaldım,
Geyinmədim heçnə üstümə bu dəfə,
Vur dedilər küsdüm hədəfə,
Sən yoxkən mənası yox,
Qəlbim beynimi hədələr,
Sənin əllərin soyuq,
Uzaqdasan qəmsə diz boyu,
Aşır boğazımı dərdlər,
Gedişin bünyəmdə əbədi iz qoyub,
Sən ədəbiyyatım,
Qələm hələ yazır,
Afu sənin varlığında əbədiyyəti yaşayır,
Hərə bir cür baxır,
Ama sənə kimsə baxmasın,
Gözünü çıxararam həmin adamın,
Mən ruhuma sahib,
Adınla tədavi,
Sevgimə sadiq,
Az olan da kafi,
Üç şeyə qadir,
Üçüncüsü bari,
Sən ol,
Ürəyimə köçginən ani,
Niyə yarım qaldıq?
Yanımdaydın axı,
Mələklər həmişə sağındaydı,
Gecə sayıqlardım,
Adın adımdaydı,
Sənə görə hər qaranlığımda ayıq qaldım