Dağ-Pranga

Dağ

歌手:Pranga

专辑:Dağ

时间:2023-11-13

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Ulduzlar havanın bağrını dəlir

Qayalı dağlardan duman yüksəlir

Xəyalım gecəni salama gəlir

Çapdırır atını birbaşa dünya

Ellərə baxıram bağçalı, bağlı

Göylərə baxıram, qapısı bağlı

Təbiət ixtiyar, sirli, soraqlı

Əzəldən yaranıb tamaşa dünya.

Şeir, mahnı, sözüm, səsim

Məndən geriyə nə qalacaq?!

Bayraq, kəfən, tabut, torpaq

Öləndə bədəni nə saracaq?!

Saçın, ətrin, sözün, səsin

Səndən geriyə nə qalacaq?!

Ölüm, itim, görən, hansı

Səni də məndən aparacaq?!

Yenə də qal

Qal ki, gedəndə qalmasın ağlım

Sən axı bilirsən, getdiyim yerlərin qapısı bağlı

Hər yanı dağlıq, göz-gözü görmür

Duman-çən, təkəm mən, üstüm-başım dağınıq

Buralar çətindir, bura qırır adamı

Buralar uzaq edir yaxını

Bura elə bil Fermopil keçidi, qan gölü

Yerusəlim, dərin bataqlıq

Elə bil Şeytan damarını kəsib

Qanını torpağa axıdıb

Sol yanı sən parçalamışdın

Bayaq da 7/62 deşdi sağımı

Göy üzü bulud, Günəş, dağlar

Dedim, yəqin, ölüm çağırır

Eşidirəm səsini, elə bil haradasa

Qara paltarlı bir qadın darıxır

Mavi gözlərində alov

Elə bil okeanda yanğın

Deyirəm axı, su necə yanır?!

Kəsmir heç cürə ağlım

Sən demə, su da yanır

Pis xəbər gələndə dağlar da dağılır

Şeir, mahnı, sözüm, səsim

Məndən geriyə nə qalacaq?!

Bayraq, kəfən, tabut, torpaq

Öləndə bədəni nə saracaq?!

Saçın, ətrin, sözün, səsin

Səndən geriyə nə qalacaq?!

Ölüm, itim, görən, hansı səni də

Məndən aparacaq?!

Şeir, mahnı, sözüm, səsim

Məndən geriyə nə qalacaq?!

Bayraq, kəfən, tabut, torpaq

Öləndə bədəni nə saracaq?!

Saçın, ətrin, sözün, səsin

Səndən geriyə nə qalacaq?!

Ölüm, itim, görən, hansı səni də

Məndən aparacaq?!

Bir də görürsən ki, açılan solur

Düşünən bir beyin, bir torpaq olur

Bir yandan boşalır, bir yandan dolur

Sirrini verməyir sirdaşa dünya

Əzəldən belədir çünki kainat

Cahan daimidir, ömür amanat

Əldən-ələ keçir vəfasız həyat

Biz gəldi-gedərik, sən yaşa, dünya!

展开显示全部歌词