Revayet-Uzeyir Mehdizade

Revayet

专辑:Revayet

时间:2022-12-12

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Danışa danışa dərdimi

Sizə deyirəm sirrimi

Olan rəvayətdi bu

Düzdü cinayətdi bu

Çox deyirdiz rəvayət

Yazıb çıxar nəhayət

Mən də yazıb çıxartdım

Olanları yaratdım

Həyatda ən şad günüm

Olan günü ad günüm

Bir uşaq özünü yetirdi

Əlində pay gətirdi

Tutub əlində göstərib

Dedim ki, kim göndərib?

Dedi ki, gözəl qız idi

Parlayan ulduz idi

Amma adını bilmədim

Mən də fikir vermədim

Əyləşib oturacağa

Gəlib dilə dodağa

Sağlıqlar söylədik

Şad gün qeyd eylədik

Yeyib içəndən sonra

Hamı gedəndən sonra

Biri mənə zəng eylədi

Mən fanatınızam dedi

Dərdi,qəmi unutdum

Səsinizə aşiq oldum

Hətta şirin dilin var

Soruşdu sevgilin var?

Çəkmədim iztirabı

Belə verdim cavabı

Qürurum, iftixarım

Vardı sevgili yarım

Yad ellərə vermərəm

Özgəsini sevmərəm

Qız susaraq dayandı

Bir iki dəqiqə yubandı

Ah çəkərək inlədi

Biraz səsi titrədi

Məndə dözmüyüb ürək

Dedim dost olaq gərək

Çox ürəysiz danışdı

Gəl amma razılaşdı

Mən başa düşdüm onu

Söndürərək telefonu

Biraz xəyal eylədim

Özümə sual eylədim

Sizi sevirəm söylüyən

Kim idi zəng eyləyən

Yenə də fikir vermədim

Çox dalınca düşmədim

Dedim nömrəsin silim

Görməsin öz sevgilim

Sevgilimlə yanbayan

Gəzişirdik şad iman

Birisi gəlirdi dalda

İçkili sərxoş halda

Gəlib bizə söz atdı

Maneələr yaratdı

Yoxdur onun vicdanı

Qırağa çəkdim oğlanı

Heç əlimi də vurmadım

Yaxasından tutmadım

Dediylərim doğrudu

Böyük adamın oğludu

Tələ imiş sən demə

Quruldu bir məhkəmə

Guya mən çağırmışam

O oğlanı vurmuşam

Biraz söhbət uzandı

Hamı susdu dayandı

Söz verildi hakimə

Olunsun mühakimə

Hakim durdu danışdı

Olanlarla barışdı

Qəfil bilmədim niyə

Tamamlandı faciə

Bu nə iş idi söylədim

Özüm təəccüb eylədim

Gözləmirdim inan ki

Möcüzə oldu sanki

Elə bu dəm bu zamanda

Bu gözlənilməz anda

Gəldi bayırdan xəbər

Məni çağırdı bir nəfər

Dedi ürəyini dağlama

Verdi bağlı bağlama

Çox güman ki puluydu

Uzun, açıq yoluydu

O pul hakimə çatdı

Dedi bu oğlan azaddı

Günahı yoxdur qəti

Bağladı bu söhbəti

Bitti bu söhbət belə

Dərd qabaqdadır hələ

Günlərin bir günündə

Yenə Bakı məskənində

Gəzirdim dolanırdım

Maşınla fırlanırdım

Mən fikirdə xəyalda

Biraz fikirli halda

Çıxdı bir uşaq yola

Kim istəyər belə ola

Tez yolumu dəyişdim

O an qəzaya düşdüm

Sağ deyə qalsın adam

Maşını aşırtdım tamam

Tutdu qaraltı gözümü

İtirdim onda özümü

Xəstəxanada ayıldım

Çox çətin nəfəs aldım

Həkim otağa girdi

Görüb məndəki dərdi

Dedi ki sənə müvəqqəti

Gəzişmək olmaz qəti

Biraz xəyala getdim

Axı nədən sual etdim

Məyus olma söylədi

Çarəsi vardır dedi

Gəzməyəsən sən gərək

Qorxma eliyərik kömək

Var amması bir dənə

Pul kömək eliyər sənə

Oğlum bir məni dinlə

Gərək valideyninlə

Söhbət edim bu haqda

Bir maddi maraqda

Sağlam olarsan onda

Sözünü bitirdi sonda

Dedi evə göndər xəbər

Ya burda qal bir qədər

Pul gələcəksə gəlsin

Həkim də işini bilsin

Çıxdı otaqdan çölə

Mənsə çarəsiz belə

Qaldım axı neyliyim

Kimə bu dərdi söylüyüm

O pul bizdə də yoxdu

Bu dərd ürəyimə oxdu

Düşünürdüm hər gecə

O pulu verəcəyik necə

Get gedə birdən birə

Dözmüyüb bu təsirə

Çox dəyişdi əhvalım

Güman yoxdu sağ qalım

Mənə elə pərvərdigar

Veribdi səbri qərar

Dözdüm o günü bir təhər

Ta ki açılsın səhər

Sonra görüm neylərəm

Kimlərə zəng eylərəm

Hər saat düşünürdüm

Çox aciz görünürdüm

Gözlədiyim məqamlar

Mənə gətirdi inamlar

Taleyim üzümə güldü

Bu dəm qapı döyüldü

Həkim otağa girdi

Bir şad xəbər gətirdi

Dedi çox üzmə ürəyini

Bir kəs edir köməyini

Səhər zəng edib mənə

Mən kömək eləyim sənə

Qorxma yoxdu qorxusu

Budur sözün doğrusu

Vaxta az qalıb deyə

Başlayaq cərrahiyə

Mənim canımı dərd alıb

Əməliyyata az qalıb

Ağrı vardı dizimdə

Amma yenə də gözümdə

Sevgilimdi sevgilim

Adını dad edir dilim

Gəlib gedən çox idi

Bir dostum yox idi

Xəstəxanaya yönəldi

Nəhayət o da gəldi

Öpdü mənim üzümdən

Yaş süzüldü gözümdən

Mənə dedi ki darıxma

Sən heç də özüvü sıxma

Əməliyyatdı sadəcə

Düzgün olar müalicə

Əzablara dözərsən

İnşAllah gəzərsən

Düşündüm handan hana

Sual verdim oğlana

Sevdiyim yar hardadı?

Gözüm intizardadı

Çox qəribə qız çıxıb

Yaman vəfasız çıxıb

Qız haqqında danışdı

Ürək yandı alışdı

Biraz oldum halbahal

Bir daha verdim sual

Qız haqqında soruşdum

Hirslənib elə coşdum

Biraz da etdim qəzəb

Soruşdum nədir səbəb?

Sənin təmiz sevgilin

Candan əziz bildiyin

Bir daha sevmir səni

Tərk eləyir ölkəni

Çıxıb gedir qürbətə

Hələ qulaq as söhbətə

Deyir xəstə bir oğlan

Ayağı şikəst yarımcan

O ömürlük zəlildi

Mənə yaraşmaz əlildi

Qəlbimi sıxdı getdi

Naz ilə çıxdı getdi

Mən də yoluma düzəldim

Nəhayət bura gəldim

O öz sözünü qutardı

Məni də fikir apardı

Gözümdən yavaş yavaş

Damla damla gəldi yaş

Dua etdim Allaha

Ayağa durum bir daha

Məni nöş atdı sevgilim

Hərşeyi ondan bilim

Həkim gəldi otağıma

Yaxınlaşdı yatağıma

Üzümə baxdı qəflətən

Dedi narahat olma sən

Eləməliyik əməliyyat

Uzağı olar bir saat

Ayağa durarsan yenə

Həyat xoş gələr sənə

Şükür ki sağ salamat

Axır oldum əməliyyat

Yenə qayıtdım otağıma

Uzandım öz yatağıma

Xeyli vaxt belə getdi

Məni kim əməliyyat etdi

Yenə də yanıma gəldi

Dedim ki halım düzəldi

Mən də razıyam dedim

Ayağa durmaq istədim

Tutdu mənin qolumdan

O biri həkim solumdan

Özümü sıxıb bir təhər

Durdum ayağa bir qədər

Şükür ki pərvərdigar

Yenə gəzəcəm ümid var

Möcüzədi möcüzə

Sanki güc gəlir dizə

Allah oldu dayağım

Addım atdı ayağım

Sağalmağıma əmindim

Üzüm güldü sevindim

Şən yeriməyə başladım

Mən yeriməyə başladım

Keçdi bir həftə müddət

Getdim evimə nəhayət

Həm istək həm arzudu

Yeganə fikrim budu

Mən o qıza zəng eyləyim

Son sözümü söylüyüm

Sanki yandım alışdım

Zəng elədim danışdım

Son dəfə xaişim var

Sənə sözüm var, işim var

O da dedi ki üç tamam

Hava limanına vəssalam

Gələrsən gedirəm mən

Vətəni tərk edirəm mən

Fikrinə oldum şərik

Dedim yaxşı görüşərik

Ayağa qəzəblə durdum

Gedib maşına oturdum

Fikirli həmin anda

Əsirdim həyəcanda

Sağ sola baxmayırdım

Mən yola baxmıyırdım

Bu dəm yolun sağından

Maşınımın qabağından

Bir xanım tələsirdi

O öz yolunu gedirdi

Bu olmadı bilə bilə

Sürət ilə bərk ilə

Bilmədim necə vurdum

Çaşıb yerimdə durdum

Çapalayırdı əsə-əsə

Ehtiyac yox heç kəsə

Əlimlə tək başıma

Qoydum o qızı maşına

Xəstəxanaya gətirdim

Birdən özümü itirdim

Boş yerə qan gedirdi

O öz canını verirdi

Xəstəxanaya yetişdim

Maşından yerə düşdüm

Onu apardı həkimlər

Xəbər verdisə kimlər

Gəldi yaşlı bir qadın

Səsliyərək övladın

Mənim qızımı kim vurub

O yerdə sakit durub

Həkim dedi bu kəsdi

Artıq hərşey əbəsdi

Deyə deyə son sözünü

Yumdu qızın gözünü

O son sözünü belə dedi

Dedi ki günah məndədi

O öz yolunu gedirdi

Maşını yavaş sürürdü

Gedirdim addım addım

Özümü qabağına atdım

Günahsızdı o oğlan

Mən etdim özümü qurban

Anası gözlərində yaş

Mənə baxıb yavaş yavaş

Ağlayıb inləyirdi

Nəsə demək istəyirdi

Özünə gəlib bir təhər

Özünə gəlib bir qədər

Dedi deyilsən özgəsi

Qızım sevdi bir kəsi

Elə o kəs də sən oldun

Sən ona düşmən oldun

Telefonuna zəng edən

Mən fanatınızam deyən

O vaxtı şad günündə

Elə sənin ad günündə

Sənçün ərməğan verən

Belə zərəfa göndərən

Bu vurduğun qız idi

Tək idi yalqız idi

Sənçün hərşey eylədi

Axı nə pislik eylədi

O biri bağlama vardı

Səni ki darda qutardı

Onu da o göndəribdi

Köməyin ona veribdi

Xəstəxanada yatanda

Xəbər qızıma çatanda

Köməklik eləyib sənə

Sən ayağa durdun yenə

Sonda öldüyü halda

Səni tutaraq xəyalda

Yenə də xilas eylədi

Yox günahın söylədi

Xəyala daldım o yerdə

Düşünüb hərşeyi bir də

Mənim üçün eləyib nələr

Həyatını etdi hədər

Heyif ki vurdum onu

Çatdı ömrünün sonu

Yarım oldu vəfasız

Məni sevirdi ölən qız

Sevgimi vurdum daşa

Hər şeyi düşdüm başa

Bu idi əsl məhəbbət

Olmadı mənə qismət

Qoy bütün sevilənlər

Səni sevirəm deyənlər

Bu sözə sadiq olanla

Ömrünü versin yola

Bu idi başıma gələnlər

Sağolsun eşidənlər

Bu idi başıma gələnlər

Sağolsun eşidənlər

展开显示全部歌词