Uzaq Sahillərdə-Orkhan Zeynalli

Uzaq Sahillərdə

时间:2014-12-01

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Görəsən vicdanım vurarmı bir gün üzümə şillə?

Görəsən necə bu cür vecsizliyimə dözmüş illər?

Görəsən doğmalarım bir gün atıb gedəcəkmi?

Görəsən harda enər sürdüyüm həyatda sərnişinlər?

Alagöz fahişələrə şirin söz və nəvazişlər

Müştəri hüzurunda süni gülüş, bəyaz dişlər

Doğmalar dözər, bağışlayar, onsuz öyrəşiblər

Hər soyuq addımımı qəbul edib, başa düşüblər

Görəsən xoş sözlərə aldanıb ulduzmu oldum?

Cəmiyətə yem uzatdım, dişlədi, quduzmu oldum?

Yayı unutdum, qalıb qışda əbədi buzmu oldum?

Dünən evin idim, bu gün masanın üstündə tozmu oldum?

Sakitcə qulaq asmaq, yazmaqla düzəlmirsə

Ya bir gün doğrudan böyüyüb, doğrudan düzəldimsə?!

Batmaqdan qorxmayıb baxışlarında üzərdimsə

Son dəfə bərk yapış, əgər tutduğun düz əldimsə

Gedəcək həyatımdan dəqiqələr

Nə qədər uzaq getsəm də tapacaq məni sevgilər

Gedəcək həyatımdan dəqiqələr

Nə qədər uzaq getsəm də tapacaq məni sevgilər

Yadıma gəlmir anamı sonuncu dəfə qucaqlamağım

Babamın qəbri üstündə doyunca ağlamağım

Yadımda deyil nə vaxt demişəm bacıma sevdiyimi

Atam heç bilirmi görəsən, onu çox istəməyimi?

Məni doğrudan sevənlər qalır həmişə diqqətdən kənar

Mən gərək qəbul edim gələn hər bir dərddən qərar

Mən gərək məğlub edim, içimi çürüdən mənləri

Mən gərək kəsim kökünü əbədi içimdə əngəllərin

İllərlə paylamaq sətirləri kimə görə, nəyə görə?

Ən pis gündə səni atıb gedən sevgiliyə görə?!

Və bir gün çıxır qabağına əsl eşq və dərdin azalır

Budurmu ədalət? Ondan sonra sevgidən sətrin azalır

Onu göz yaşı içində küçədə qoyub getmək

Əslində isə ona görə dəyər hər şeyi atıb getmək

Nə vaxt ki, çıxdı nəhayət bir mələk həyatında

Onunla cənnətə uçmaqdansa qanadın qırdın

Sahilə çatmamış niyə dərinlərə dalğalandın?

O can verən sevgini xilas edən son damla qandın

Uçdun, etibar etdiyin insanlığa aldandın

Doğmalar tərk edir bir-bir, gəl çıx, harda qaldın?

Harda qaldın, harda qaldın…

Gedəcək həyatımdan dəqiqələr

Nə qədər uzaq getsəm də tapacaq məni sevgilər

Gedəcək həyatımdan dəqiqələr

Nə qədər uzaq getsəm də tapacaq məni sevgilər

展开显示全部歌词