Bülbüllər Oxur-Səxavət Məmmədov
    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
歌词

Bülbüllər oxur,

Cəh-cəh vurur

Bağda gül üstə.

Ay oğlan (gözəl) boyubəstə,

Gəl, əyləş çəmən üstə,

Sən məndən könül istə –

Mən deyim “gözüm üstə!”.

Bəh, bəh, nə gözəl candır,

Məgər sərvi-rəvandır!

Gözləri nur, kirpiyi ox, qaşı kamandır.

Öldüm, ay qız, amandır!

Məni başa dolandır.

Üzün qoy üzüm üstə (Ləbin qoy ləbim üstə),

Əcəb yaxşı zamandır.

Altında boz at,

Çiynində tüfəng,

Belində qatarı.

Ay, oğlan (gözəl), səni Tanrı,

Dolan, (bir yol) gəl bizə sarı.

Gələrsən – qadan allam,

Gedərsən – yola sallam.

展开显示全部歌词