Saat (Explicit)-Baba

Saat (Explicit)

歌手:Baba

时间:2017-01-26

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
猜你喜欢的歌曲
歌词

Neyləyək ki, saatlarımız bundan sonra getsin asta

Ömür sanki keçir yasda

Ölüm uzaqlaşıb gəlsin bizə bir az asta

Hər günümüz sanki yasda

Neyləyək ki, saatlarımız getsin asta

Ömür sanki keçir yasda

Ölüm uzaqlaşıb gəlsin bizə bir az asta

Hər günümüz sanki yasda

Qələmin mürəkkəbini qan edib yazacam bu gün

Car çəkib yazacam bu gün

Qar yağsa da dağlarımda, yar edib bu gün dərdimi

Öz yurdundan ayrı qalan tar edib yazacam bu gün

Var olsun köhnə dostlar, heç nəyi unutmadıq

Xəyalı qurub baxıb, bacardıq qurutmağı

İstəyimiz ölüb sonra, sonra da bulud bağı

Hər şeyə durub baxıb, unutduq unutmağı

Nəyimiz var, bölüşə bilək (bölüşə bilək)

Sabah bir də görüşə bilək

Mənimlə düşmən olma, gəlim sənlə intihara

Ölümünə döyüşə girək, gəl ölümlə döyüşə girək

Həyat kimdə pul var, ancaq sayır onları

Ayılt onları!

21 il ömür getdim bircə gün də qaybım olmadı

Kayfımdan yazsam əgər, ayıb olardı!

Neyləyək ki, saatlarımız bundan sonra getsin asta

Ömür sanki keçir yasda

Ölüm uzaqlaşıb gəlsin bizə bir az asta

Hər günümüz sanki yasda

Neyləyək ki, saatlarımız getsin asta

Ömür sanki keçir yasda

Ölüm uzaqlaşıb gəlsin bizə bir az asta

Hər günümüz sanki yasda

Neyləsək də zamanımız heç cürə bax getmir asta

Dedilər, hər şeyi boş ver və bir az güvən dosta

Üz verdiyin gəlib sabah niyəsə səndən istər astar

Bir gün biz də öləcəyik həyatımıza yazıb dastan

Neyləsək də, dəyişməlisən həyatınızı pulla

Bütün arzularını öldürürlər onlar

Qışqırsan xeyri yoxdur, olmayacaq zorla və

Tələb elədiyin ədalətini almalısan başqa yolla

Hər gün yatıb, durub niyəsə təzədən yatıram

Bütün ağrılarımı düzəltmək üçün dərman qatıram

Və bir gün düzələ bilər deyə nəsə hələ inanıb

Həyatın taxtasına gündə bir dəfə zərlər atıram

Bu gün can dediyin durub görərsən ki, bəlkə sabah yoxdur

Yalanlarına inanmağa inan ki, maraq yoxdur

Hələ də mənlə qalan bir-iki nəfər varsa güvəndiyim

Sabah da mənlə qalacaq, bir damcı da şübhəm yoxdur

Neyləyək ki, saatlarımız bundan sonra getsin asta

Ömür sanki keçir yasda

Ölüm uzaqlaşıb gəlsin bizə bir az asta

Hər günümüz sanki yasda

Neyləyək ki, saatlarımız getsin asta

Ömür sanki keçir yasda

Ölüm uzaqlaşıb gəlsin bizə bir az asta

Hər günümüz sanki yasda

展开显示全部歌词