
在手机上保存,获得更好体验
Gün çıxar bulud dalından,
Hay verər sənə odundan.
Küsməyi çıxart yadından,
Gəl evimi yıxma gülüm.
Qoynum olub şahmar ilan,
Sən sən məni dərdə salan.
Bəsdir mənə dedin yalan,
Gəl evimi yıxma gülüm.
Bəsdir daha, dedin yalan,
Gəl evimi, yıxma ay gülüm.
Üstündə düşər çox qanlar,
Sevdim səni bir zamanlar.
Getsən səni qınayarlar,
Gəl evimi yıxma gülüm.
Qoynum olub şahmar ilan,
Sən sən məni dərdə salan.
Bəsdir daha dedin yalan,
Gəl evimi yıxma gülüm.
Bəsdir daha, dedin yalan,
Gəl evimi, yıxma ay gülüm.