Şüştər Təsnifi-Gülüstan Əliyeva

Şüştər Təsnifi

时间:2010-04-08

    使用手机浏览器「扫一扫」

    在手机上保存,获得更好体验

标签
猜你喜欢的歌曲
歌词

Sən mənim cananım, şirin canımsan

Ətirli bağçamda bar səni gözlər

Canımsan, gözümsən, mеhribanımsan

Ellərin dövranı yar səni gözlər

Canımsan, gözümsən, mеhribanımsan

Ətirli bağçamda yar səni gözlər

Gəl, gözəl yar

Gəldi bahar

Gözlərim yolda qaldı

Rəngim soldu, saraldı

Sevmişəm, ey yar, səni

Həsrətdə qoyma məni

Gəl, sevib sevilək

Eşqin qədrin bilək

Bir deyək, bir gülək, yar

Gəl, sevib sevilək

Eşqin qədrin bilək

Bir deyək, bir gülək, yar

Səhralar əlinlə gülüstan olur

Can cahana dönür, cahan can olur

Bütün qaranlıqlar çırağban olur

Еllərin şənliyi, yar, səni gözlər

Bütün qaranlıqlar çırağban olur

Еllərin şənliyi, yar, səni gözlər

Gəl, gözəl yar

Gəldi bahar

Gözlərim yolda qaldı

Rəngim soldu, saraldı

Sevmişəm, ey yar, səni

Həsrətdə qoyma məni

Bir sevib sevilək

Eşqin qədrin bilək

Bir deyək, bir gülək, yar

Gəl, sevib sevilək

Eşqin qədrin bilək

Bir deyək, bir gülək, yar

Bir deyək, bir gülək, yar

Bir deyək, bir gülək, yar...

Ay üzlü nigarım, kimə mehman olacaqsan?

Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam

Ənbər çətirinlə kimə mehman olacaqsan?

Getdin, necə bəs tab eləsin hicrə Nizami

O xəstə ikən, sən kimə dərman olacaqsan?

Gəl, sevib sevilək

Eşqin qədrin bilək

Bir deyək, bir gülək, yar

Gəl, sevib sevilək

Eşqin qədrin bilək

Bir deyək, bir gülək, yar

Bir deyək, bir gülək, yar

Bir deyək, bir gülək, yar

展开显示全部歌词